1 yaşlı övladını zəhərləyən şəxsin ittihamı ağırlaşdırılır. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

20 yaşlı Nərgiz Bağıyeva barəsində aparılan araşdırmanın sonunda təqsirkara 14 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzasının verilməsi tələb olunub.

Toplanan sənədlər Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

12 sentyabr 2022-ci il tarixində 20 yaşlı qadın doğma övladı olan 1 yaşlı uşağı zəhərləyərək öldürmüşdür.