Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Qəsəbə sakini T.Yusifli martın 12-də polisə müraciət edərək bildirib ki, naməlum şəxs onu bıçaqla hədələyərək 170 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talayıb.

Keçirilən əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini N.Səmədli saxlanılıb. Faktla bağlı araşdırma aparılır.