Novruz bayramının sonuncu çərşənbəsi yeni əkin mövsümünün başlanması ilə bağlıdır. Bu gün xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” kimi də tanınır.
İnanclara görə, əcdadlarımız həmin çərşənbədə tarlaya çıxar, torpağı şumlayardılar, bunu edə bilməyənlər isə torpağı 2-3 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və əkin üçün hazırlamaq idi. Ulularımız torpağın oyanmasını şən mərasimlər, nəğmələr, ayinlərlə qarşılayıblar, torpağın bərəkətli olması üçün dua ediblər.
Novruzdan bir həftə əvvəl köhnə Bakıda canlanma müşahidə edilərdi. Baqqallar dükanlarını güzgülərlə, ağ parça üstündə Firdovsinin “Şahnamə”sindən çəkilmiş rəsmlər, kağız fənərlərlə bəzəyərdilər. Hər dükançı qapısından böyük bir zəng asardı. Onu çalaraq malını təriflərdi, müştəri olanda isə onu yola salardı.
Mənbələr:
- Orucova S. İlaxır çərşənbə-Torpaq çərşənbəsi [Mətn] ///Xalq qəzeti.-2017.- 14 mart.- S.6.
- Fərəcova Z. Torpaq çərşənbəsi //Azərbaycan.-2020.- 17 mart.- S. 7
- Sarabski Hüseynqulu. Köhnə Bakı. Bakı-2006