Bakı-Ağstafa dəmir yolu reysinə yeni marşrut təyin edilir. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Bayram günlərində sərnişin axınının çox olması ilə əlaqədar Bakıdan Ağstafaya gedən dəmir yoluna gecə reysi əlavə olunacaq.
Belə ki, 18 mart tarixindən etibarən saat 17:00-da daha bir qatar Bakıdan yola düşəcək. Sərnişnlər 21:55-də mənzilbaşına çatacaqlar. Zərurət yaranarsa, bayramın sonunda regiondan paytaxta da əlavə reyslər açılacaq.
Digər qatarlar 08:25 və 08:45-də paytaxtdan yola düşəcəklər. Daha öncə Bakı-Ağstafa reysinin açılması ilə bağlı məlumat verilmişdir.