Tanınmış blogerlər Həmidə Hacıyeva və Banu Allahverdi Bakıda az qala bədbəxt hadisənin qurbanı olacaqdılar. Bu barədə Hacıyeva ötən gün, 15 mart tarixində öz İnstaqram səhifəsində “hekayə” paylaşıb.
Onun sözlərinə görə, hadisə onlar mağazadan çıxarkən baş verib.
“Bir kişi (yəqin ki, əqli cəhətdən zəifdir) pəncərədən araq butulkası atdı, geri çəkilməsəydim, düz başıma düşəcəkdi. Bundan sonra baş verənləri diqqətlə müşahidə edirdi. Mağazada bir müddət gözləmək qərarına gəldik, orada olan qızlar bizə dedilər ki, son günlər bu bir neçə dəfə baş verib! Hesab edirəm ki, bu şəxslə bağlı tədbir görülməlidir, əks halda kimsə xəsarət alalcaq”, – Hacıyeva öz paylaşımda yazıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Nurlan Əliyev bildirib ki, artıq faktla bağlı araşdırmalara başlanılıb.