Bakıda “Şüşə tullantıları təhvil ver, təkrar emala dəstək ol” aksiyası keçiriləcək. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az məlumat verir.

Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə 18 mart saat 12:00-13:00 aralığında keçiriləcək.

Tədbirin ünvanı: “Araz Supermarket” – Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elçin Məmmədov, 5k (Şüşəli bazarın yanı).

Qaydalara uyğun olaraq, şüşə butulka/banka qəbul olunur. İçərisində qida qalıqları olan şüşə qabları qəbul olunmayacaq. Ümumi tutumu 5 litr olan şüşə banka/butulkaya görə 1 ekoçanta və ya 1 ting veriləcək. Daha çox tullantı gətirən vətəndaşlara əlavə olaraq milli parklara bilet, uşaqlara kitab hədiyyə ediləcək.