“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az quruma istinadən xəbər verir.

Müştəri xidməti şöbəsi şənbə-bazar günləri saat 10:00-dan 14:00-dək, digər bayram günləri isə saat 10:00-dan 15:00-dək fəaliyyət göstərəcək. Xidmət Abşeron, Mərdəkan, Qaradağ və Sabunçu xidmət sahələrində təşkil olunacaq.

Bundan əlavə, 104/185 Çağrı Mərkəzi sutkanın 24 saatı ərzində abonentlərin xidmətində olacaq.