Paytaxtın Nəsimi rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Hadisə Azadlıq prospekti ilə Sahib Zamanov küçəsinin kəsişməsində baş verib. “KamAZ” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman idarəetmədən çıxıb və eyni istiqamətdə gedən “Mercedes” markalı maşına çarpılıb. Sonuncu isə öncə səkiyə, daha sonra işıq dirəyinə çarpılıb.

1 nəfər – 28 yaşlı Ülvi Əhmədli xəsarət alıb. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Azadlıq prospektində yük və minik maşınları toqquşub
Foto Apa.az saytı