Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi F.Məmmədov hədə-qorxu ilə bağlı polisə müraciət edib. Bu haqda bu gün, 17 mart tarixində Qafqazinfo məlumat verib.

Həkimin sözlərinə görə, müalicə etdiyi xəstənin oğlu ondan hədə-qorxu yolu ilə 900 manat alıb.

41 yaşlı Gədəbəy sakini atasının düzgün müalicə edilmədiyini bildirərək həkimdən pul tələb edib. Həmin üsulla o, həkimdən hissə-hissə 900 manat alıb.

Bundan sonra da həmin şəxs pul tələb etməyə davam edib. Bu səbəbdən həkim Nizami Rayon Prokurorluğuna müraciət edib.