Bakının Bayıl qəsəbəsi, L.Babayev küçəsi, 59A ünvanında sürüşmə zonasında yerləşən ev qəzalı vəziyyətdədir. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.

Ailə başçısı Emin Budaqov deyir ki, 7 ay əvvəl divarlarda çatlar əmələ gəlib, tavan, demək olar ki, tamamilə uçub. Tavanın uçması zamanı hamı evdə olub və uşağın çarpayısına kərpic parçası düşüb.

Budaqovun sözlərinə görə, o, həyat yoldaşı və üç övladı hazırda cəmi bir otaqda qalmalıdırlar.

Səbail Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib ki, evin qəzalı olması ilə bağlı müraciətə baxılıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi RİH-yə təqdim edildikdən sonra məsələnin həllini tapacağı qeyd edilib.

Bayılda sürüşmə zonasında yerləşən evin tavanı uçub
Foto Baku Tv-nin rəsmi Youtube kanalı