İbtidai siniflər üçün sinifdənkənar oxu vəsaiti kimi təqdim olunan “Azərbaycan nağılları” kitabında çap olunan nağıl sosial şəbəkələrdə ciddi müzakirə obyektinə çevrilib. Bu haqda bu gün, 17 mart tarixində Bizim.Media məlumat verib.

Qeyd olunan nağılda evli qadının divlə qeyri-rəsmi münasibətdə olduğu və ondan uşaq dünyaya gətirdiyi barədə danışılır.

Valideynlərin iddialarına görə, belə amoral və əndazədən kənar ifadələr uşaq psixologiyasına uyğun gəlmir.

Təhsil eksperti Elçin Əfəndi məsələ ilə bağlı bildirib ki, Elm və Təhsil Nazirliyi sinifdənkənar oxu üçün istifadə olunan materiallara görə məsuliyyət daşımır. Lakin ibtidai siniflər üçün hazırlanan materiallar Nazirlər Kabinetinin dərsliklərin hazırlanması ilə bağlı müvafiq qərarına uyğun olmalıdır.