Paytaxtın Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Novruz bayramı ərəfəsində konsert proqramı təşkil olunub.

Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az xəbər verir.

“Sonsuz sevgilərlə Novruz” adlı konsert Xətai rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatı və Xəzər TV-nin təşkilatçılığı ilə keçirilib. Proqramda müxtəlif milli ifalar səsləndirilib.

Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, Cəmşid Naxçıvanski adına Hərbi liseyin kursantları, ziyalılar və rayon sakinləri iştirak ediblər.

Heydər Əliyev parkının amfiteatrında konsert keçirilib
Foto açıq mənbədən