Bakının Səbail rayonu, Neftçilər prospektində, Qız Qalasının qarşısında magistral su kəmərində qəza baş verib. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az məlumat verir.

Hadisə yerinə “Azərsu” ASC-nin əməkdaşları cəlb olunublar. Su sızmasının nəticələri aradan qaldırılır. Neftçilər prospekti, Əziz Əliyev, Zərifə Əliyeva küçələrinə və İçərişəhər ərazisinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Təmir işləri bitdikdən sonra suyun təchizatı bərpa olunacaq.

Qız Qalasının qarşısında magistral su kəmərində qəza baş verib

Qız Qalasının qarşısında magistral su kəmərində qəza baş verib
Qız Qalasının qarşısında magistral su kəmərində qəza baş verib
Qız Qalasının qarşısında magistral su kəmərində qəza baş verib Qız Qalasının qarşısında magistral su kəmərində qəza baş verib