“Qarabağ”ın Bakılı futbolçusu “RedBull”un səfiri olub. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az 1News-a istinadən xəbər verir.

20 yaşlı hücumçu Musa Qurbanlı Avstriyanın məşhur şirkəti ilə müqavilə imzalayıb. Bununla o, braziliyalı futbolçu Neymar, “Liverpul”un oyunçusu Trend Aleksander-Arnold, eləcə də “Formula 1” pilotları Maks Ferstappen və Serxio Perez kimi idmançılarla bir sırada qərarlaşıb.

“RedBull” brendinin ümumilikdə 850 nəfərdən artıq idmançı ilə müqaviləsi var.