Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park-1” yaşayış massivində yanğın başlayıb. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.

Verilən məlumata görə, yanğın 8-ci binanın birinci mərtəbəsindəki mənzillərin birində baş verib.

İlkin məlumata görə, alışma elektrik naqillərində yaranan qısaqapanma nəticəsində olub. Xəsarət alanların olmadığı bildirilir.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar.