Bakıdan olan FİFA referisi Elçin Məsiyev daha bir beynəlxalq oyuna təyinat alıb. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
32 yaşlı hakim 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının matçını idarə edəcək. Belə ki, o İsrail – Polşa oyununda iş başında olacaq.
Ona Pərvin Talıbov və ingiltərəli Daniel Robatan laynsmenlər qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını digər ingiltərəli Con Bruks yerinə yetirəcək.
Matç 22 mart tarixində Bakı vaxtı ilə saat 17:00-da Polşada keçiriləcək.