Bakı şəhəri ərazisində bankomatlardan pul oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Əvəllər məhkum olunmuş Orxan İsgəndərov paytaxtın müxtəlif ərazilərində, əsasən, qadınları bankomatın yanında izləyib daha sonra onlardan pul oğurlayırdı. O, Yeni Günəşli qəsəbəsində bir qadından içərisində 3000 AZN olan çantanı soyğunçuluq yolu ilə götürərək qaçmaq istəyib. Daha sonra şübhəli şəxsin metronun “Əhmədli” stansiyasında bankomatdan pul çıxaranları izləyədiyi məlum olub.

Şübhəli şəxs saxlanılıb. Onun barəsində araşdırmalara başlanılıb. Sözügedən şəxs tərəfindən zərər çəkənlər DİN ilə əlaqə saxlaya bilərl

Bakıda bankomatlardan pul çıxaranlardan oğurluq edən şəxs tutulub
Foto Daxili İşlər Nazirliyi