Bakı və Abşeron yarımadasında növbəti 2 gündə hava şəraiti necə olacaq? Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Belə ki, 19 mart tarixində hava buludlu olacaq, arabir tutulacaq, əsasən, yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Havanın temperaturu gecə 5-8, gündüz isə 13-18 dərəcə isti olacaq.

20 mart tarixində bəzi yerlərdə arabir yağış yağacağı, külək əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 13-16 dərəcə isti olacaq.