Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Gülüstan” parkında ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı, onun müavinləri, YAP Sabunçu rayon təşkilatının sədri, eləcə də aparatın və YAP Sabunçu rayon təşkilatının məsul əməkdaşları və gənc fəallar iştirak ediblər.

Aksiya çərçivəsində 100 ədəd Eldar şamı və kiparis ağacları əkilib.

Bakıxanov qəsəbəsində 100 ədəd ağac əkilib
Foto Sabunçu rayon İcra Hakimiyyəti