Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən mağazada kütləvi zəhərlənmə baş verib. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Sözügedən mağazada işləyən 26 yaşlı Arzu Zamanlı, 23 yaşlı Rəşidə Quliyeva, 27 yaşlı Lalə Rəhimli və 23 yaşlı Aydan Kərimli iş vaxtı qəbul etdikləri qidadan zəhərləniblər.

Onlar 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıblar və tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qida Təhlükəsizliyi Agentliyindən məsələ ilə bağlı bildiriblər ki, iddialar əsassızdır. Araşdırma nəticəsində məlum olub ki, sözügedən şəxslər qidadan zəhərlənməyiblər.