Biləsuvarda özünü yandıran qadın Bakıya gətirilib. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Biləsuvar rayon sakini Səidə Babayeva adıçəkilən rayon ərazisində yerləşən polis şöbəsinin yanında özünü yandırmağa cəhd edib. Əməlin qarşısı polis əməkdaşları tərəfindən alınaraq, ona ilkin yardım göstərilib. Hazırda yaralının müalicəsinin davam etdirilməsi üçün o, Bakıya göndərilib.

S.Babayeva xuliqanlıq üstündə həbs olunan oğlu Babək Babayevin dərhal azad olunmasını istədiyi üçün bu addımı atıb.