Paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində qadın intihar edib. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Ş.Məmmədova küçəsi, 7 ünvanında, 40 saylı mənzildə yaşayan Şamama Xamtayeva həmin mənzilin mətbəxində özünü asaraq öldürüb. Onun hansı səbəbdən özünə qəsd etməsi məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.