Bakı bulvarının yaxınlığında meyit tapılıb. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Paytaxtın Səbail rayonu, Dənizkənarı Milli Parkın yaxınlığında dənizdə naməlum kişi meyiti aşkar edilib. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Cəsəd aidiyyəti üzrə təhvil verilib.
Onun hansı şəraitdə öldüyü məlum deyil.