II Şəhidlər xiyabanında ağacəkmə aksiyasl keçirilib. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Aksiyada Müdafiə və Ekologiya Nazirliyi, eləcə də Yasamal Rayon İcra Hakimiyyəti, ictimaiyyət nümayəndələri, həmçinin şəhid ailələri və yaxınları iştirak ediblər.

Tədbirdə əvvəlcə xalqımızın, Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni ifa olunub.

Daha sonra ərazidə həmişəyaşıl ağaclar əkilib.

Şəhidlər xiyabanında yeni ağaclar əkilib
Foto Müdafiə Nazirliyi