Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində istilik problemi həll olunub. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az “Azəristiliktəchizat”a istinadən xəbər verir.

Ötən gün Əhmədli qəsəbəsinin bir hissəsini istiliklə təchiz edən magistral istilik xəttində baş vermiş qəzanın fəsadları aradan qaldırılıb. Bunun üçün əraziyə canlı qüvvə və xüsusi texnika cəlb olunub.

Sözügedən problem Əhmədli qəsəbəsində təxminən 120 binanın təbii qaz təchizatının dayanmasına səbəb olmuşdu.