Paytaxtın Nizami rayonunda 3 nəfər silahlı şəxs tutulub. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Ramil Məmmədli, Eldəniz Əliyev və Ümid Qafarov saxlanılıblar. Onlarda ümumilikdə 2 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd daraq, 21 ədəd patron, eləcə də “Brauning” markalı tapança və ona məxsus 2 ədəd patron aşkar olunub. Həmçinin həmin şəxslərin birində metamfetamin də tapılıb.
Saxlanılan şəxslər barəsində araşdırmalara başlanılıb.





