Bayram günlərində polislər gücləndirilmiş iş rejimində çalışacaqlar. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Novruz bayramı ilə əlaqədar Bakı şəhərində şənliklərin keçiriləcəyi və insanların sıx toplaşdığı ərazilərə əlavə polis naryadları cəlb olunacaq. İctimai asayişi pozanlar məsuliyyətə cəlb olunacaqlar.
“Həmçinin bayram ərəfəsində və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin mühafizəsi də ciddi nəzarətdə saxlanılacaq”, – deyə qurumdan əlavə edilib.