Paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
41 yaşlı Amir Mürsəlov avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.