Bakının mərkəzində yerləşən ticarət mərkəzində Novruz şənliyi keçiriləcək. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az “Metropark” Ticarət Mərkəzinə istinadən xəbər verir.

Şənlikdə əyləncəli şoular, Keçəl, Kosa, Bahar qız, üz boyama, xına bəzəmə, rəqslər, tamaşalar və sürprizlərlə dolu oyunlar təşkil olunacaq. Tədbir 20, 21, 22 və 23 mart tarixlərində hər gün saat 15:00-da başlayacaq.

Şənliklərə giriş sərbəstdir. Əlavə məlumat üçün 012 566 96 83/84 nömrələri ilə əlaqə saxlamaq mümkündür.