Bakının Nəsimi rayonunda yerləşən “Gənclik Mall” ticarət mərkəzində Novruz bayramı ilə əlaqədar 23 marta kimi xüsusi proqram hazırlanıb. Bu haqda bu gün, 21 mart tarixində Bakuplus.az məlumat verir.

Belə ki, bu gün saat 16:00-17:00-da Keçəl və Kosa qonaqları əyləndirəcəklər, saat 17:00-18:00-da isə pəhləvan şousu nümayiş olunacaq.

22 mart saat 16:00-17:00-da yenə qonaqları Keçəl və Kosa qarşılayacaqlar, saat 17:00-19:00-da milli musiqi və rəqslər təşkil olunacaq.

23 mart tarixində saat 17:00-dan etibarən iştirakşılara növbəti dəfə bir saatlıq pəhləvan şousu göstəriləcək.

Giriş sərbəstdir.