Bakının Nizami rayonunun Müzəffər Nərimanov küçəsi sabah, martın 23-ü saat 08:00-dan martın 24-ü saat 22:00-a qədər təmirə bağlanacaq. Bu haqda bu gün, 22 mart tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bu müddət ərzində küçənin Heydər Əliyev prospektindən Pəhlivan Fərzəliyev küçəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Agentlik sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.