Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev dəfn olunub. Bu haqda bu gün, 23 mart tarixində Bakuplus.az xəbər verir.

Tanınmış televiziya prodüseri və rejissorun nəşi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları və bir sıra mədəniyyət xadimləri iştirak ediblər.

O, həyat yoldaşının xahişi ilə bu qəbiristanlıqda dəfn olunub. Onun 55 yaşı var idi.

Ötən gün Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Nəticədə Əməkdar mədəniyyət işçisi vəfat edib, sərnişinlər – Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Oqtay Əliyev son mənzilə yola salındı
Foto bakuplus.az