Şəhidin ailə üzvləri “Qalatasaray”ın oyununa dəvət olunublar. Bu haqda bu gün, 23 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Qaxdan olan şəhid Fərid Dursunovun həyat yoldaşı və 2 övladı Bakıda keçiriləcək “Qarabağ”-“Qalatasaray” oyununa dəvət olunublar. Şəhidin övladları, İsa və Ömər isə “Qalatasaray” oyunçuları ilə birlikdə meydana çıxacaqlar.
“Ağlıma da gəlməzdi ki, bizi dəvət edərlər. Mən “Qalatasaray”ın Bakıya gələcəyini eşidəndə həyəcanla bilet əldə etmək istədim. Elə həmin günü bizi “Qalatasaray” klubundan dəvət etdilər. Çox şad olduq”,- deyə şəhidin həyat yoldaşı bildirib.
Hazırda şəhidin məzarı başında Azərbaycanın üçrəngli bayrağı və çox sevdiyi “Qalatasaray” klubunun bayrağı dalğalanır.
“Qarabağ”-”Qalatasaray” oyunu 26 mart tairixində Bakı Olimpiya stadionunda keçiriləcək.





