Sabahdan paytaxtın Alı Mustafayev küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu haqda bu gün, 23 mart tarixində Bakuplus.az AAYDA-ya istinadən xəbər verir.
Nəsimi rayonunun 3-cü mikrorayon dairəsində yol ötürücüsünün təmiri ilə əlaqədar olaraq, sabah saat 06:00-dan etibarən və martın 25-i bütün gün ərzində yol bağlı olacaq.
Qeyd olunan müddət ərzində sürücülər Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.