Yardımlıdan Bakıya narkotik gətirmək istəyən şəxs tutulub. Bu haqda bu gün, 23 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Novruz Həbibov idarə etdiyi “Chevrolet” markalı avtomobillə Yardımlı rayonu ərazisində saxlanılıb. Onun avtomobilindən 4 kiloqramdan artıq marixuana aşkar edilib. O, narkotikləri Bakı şəhərinə aparmalı olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.

Yardımlıdan Bakıya narkotik gətirmək istəyən şəxs tutulub
Foto Daxili İşlər Nazirliyi