Mehriban Zəki dəhşətli qəza barədə paylaşım edib. Bu haqda bu gün, 24 mart tarixində Bakuplus.az mədəniyyət xadiminin sosial şəbəkəsinə istinadən xəbər verir.

Xalq artistinin sözlərinə görə Oqtay Əliyev qəza zamanı səsini belə çıxartmayıb.

“Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay… Oqtay… Oqtay… O isə susurdu. O susurdu, maşın çevrilirdi…”.

Mehriban Zəki əməkdar mədəniyyət işçisi Oqtay Əliyevi hər zaman gülərüz və problemlərin həllini tapa bilən kimi xatırlayacağını vurğulayıb.

“Mən sağalacam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq. Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay. Martın 22-si belə yazıldı bizimçün”, – deyə o, əlavə edib.

22 mart tarixində Abşeron rayonu ərazisində O.Əliyev, Mehirban Zəki və Dilarə Əliyevanın olduğu maşın yolun hərəkət hissəsindən çıxaraq aşıb. Nəticədə O.Əliyev vəfat edib, digrələri isə xəsarətlər alıblar.