“YARAT” İncəsənət Mərkəzində “Yer kürəsi və incəsənət” adlı layihə davam edir. Bu haqda bu gün, 24 mart tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
Görüşdə rəssam, heykəltaraş və filosof Çingiz Babayev (CHINGIZ) və Bakı İncəsənət Mərkəzinin baş direktoru, incəsənət tədqiqatçısı Rafael Gülməmmədli olacaqlar. Tədbirdə Yenidənqurma (perestroyka) dövrünün Azərbaycan incəsənətində milli identikliyinə təsirləri barədə müzakirələr aparılacaq.
“Yer kürəsi və incəsənət” layihəsi – qlobal, sosial və incəsənət aspektlərini özündə birləşdirən, həmin sahələrdə müəyyən töhfələr vermiş peşəkarların fikir mübadiləsidir.
Tədbir 30 mart saat 19:00-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin 2-ci mərtəbəsində keçiriləcək. Giriş sərbəstdir. Əlavə məlumat üçün 050 251 41 15 nömrəsi ilə əlaqə saxlamaq olar.