Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Qarabağ”-“Qalatasaray”oyunu ilə bağlı müraciət edib. Bu haqda bu gün, 24 mart tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Qurumdan verilən məlumata əsasən, azarkeşlərdən ictimai nəqliyyatdan, xüsusi ayrılmış ekspress marşrutlardan istifadə etmələri xahiş olunur. Azarkeşlər oyundan 1 saat əvvəl “Bakı Olimpiya Stadionu”una gəlməli, ictimai asayişi qorumalı, digər vətəndaşlara maneə yaratmamalıdırlar.
DYP “Qarabağ”a oyunda uğurlar arzu edib, hər kəsi iki qardaş ölkənin yoldaşlıq oyunundan zövq almağa çağırıb.