“Fly Arystan” Astanadan Bakıya birbaşa uçuşlar həyata keçirəcək. Bu barədə BakuPlus.az Azərtac-a istinadən bu gün, 25 mart tarixində xəbər verir.
Astana-Bakı marşrutu iyunun 2-dən bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.
Xatırladaq ki, AZAL martın 17-dən həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri Almatıya müntəzəm uçuşları bərpa edib.