Bakıda yanğın hadisəsi baş verib. Bu barədə BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 25 mart tarixində xəbər verir.
Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv.m olan 3 otaqlı mənzilin zirzəmisində ev əşyaları 25 kv.m sahədə yanıb.
Mənzilin qalan hissələri mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.