Bakıda sərnişin  “Memar Əcəmi” stansiyasının qatar yoluna düşüb. Bu barədə BakuPlus.az Apa-ya istinadən bu gün, 25 mart tarixində xəbər verir.

Stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək, qatarı saxlayıb. Lakin stansiya yolunda olan sərnişinin ayağı zədələnib.

Məlumata görə, sərnişin qaydalara müvafiq olaraq, stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb.

Aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür.

Nəticədə yaşıl xətt üzrə intervaldan əlavə, 10 dəqiqə yubanma yaranıb.