Həmin kafe Bakı şəhərinin Dənizkənarı Parkının ərazisində yerləşir. Kafe 1962-ci ildə memar Vadim Şulqinin layihəsi əsasında inşa olunmuşdur. Bura, həmçinin “Balıqqulağı” və “Bakı pavilyonu” kimi tanınmışdır.

Kafe Bakı şəhərinin o zamankı meri Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. Mövcud şayiəyə görə, Əliş Ləmbəranski həmin illərdə Skandinaviya ölkələrində məzuniyyətdə olub. Bakıya qayıdan mer 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexiko şəhərində inşa edilmiş “Los Manantiales” restoranının şəklini gətirir və Bakıda ona oxşar bina tikdirməyə qərar verir. [https://azerhistory.com/?p=5071]

Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N.Nikonov seçilmişdir. 1962-ci ildə kafe hazır olur. Bina balıqqulağı şəklində inşa edilir. İlk illərdə kafe Xəzər dənizinin sahilində yerləşirdi. 1970-ci illərdə dəniz səviyyəsinin azalması nəticəsində “Mirvari” quruda qalır. [Бретаницкий Л.С. Баку: архитектурно-художественные памятники. Москва-1970]

Tikili məşhurluq qazanır və bulvarın rəmzinə çevrilir. Bakıya səfər edən xarici jurnalistlər və rəssamlar öz reportaj və rəsmlərində “Mirvari”ni təsvir edirdilər. Bakı pavilyonunun məşhurluğu o qədər yüksək idi ki, oxşar kafe on ildən sonra Sovet Qırğızıstanının paytaxtı Frunze (indiki Bişkek) şəhərində peyda oldu. [http://www.window2baku.com/jemchujina.htm

2008-ci ildə “Mirvari” kafesində təmir-bərpa işləri görülüb. Bərpa işləri Almaniya mütəxəssisləri ilə birgə hazırlanan layihəyə əsasən edilib. [Rəhman Salmanlı. Milli Park görünüşünü dəyişir. Azərbaycan.-2009.-1 may.-S.5.]

Dənizkənarı parkın “Mirvari”si
Dənizkənarı parkın “Mirvari”si
Dənizkənarı parkın “Mirvari”si
Dənizkənarı parkın “Mirvari”si
Dənizkənarı parkın “Mirvari”si
Dənizkənarı parkın “Mirvari”si
Dənizkənarı parkın “Mirvari”si Dənizkənarı parkın “Mirvari”si Dənizkənarı parkın “Mirvari”si Dənizkənarı parkın “Mirvari”si Dənizkənarı parkın “Mirvari”si Dənizkənarı parkın “Mirvari”si