“Neftçi”nin futbolçusu Eddi İsrafilov Azərbaycan milli komandasının düşərgəsindən ayrılacaq. Bu barədə BakuPlus.az Report-a istinadən bu gün, 25 mart tarixində xəbər verir.

Buna səbəb 30 yaşlı yarımmüdafiəçinin səfərdə Avstriyaya 1:4 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələ görüşündə zədələnməsidir.

Matçın gedişində sıradan çıxan təcrübəli oyunçu Solnada İsveç yığmasına qarşı keçiriləcək qarşılaşmanı buraxacaq.

İsveç – Azərbaycan oyunu martın 27-də “Frends Arena”da baş tutacaq.