Bakı Olimpiya stadionunda keçiriləcək oyunla bağlı “Qalatasaray” komandasının rəsmi “Twitter” səhifəsində paylaşım edilib. Bu haqda BakuPlus.az bu gün, 25 mart tarixində xəbər verir.
Paylaşımda deyilir:
“Can Azərbaycanda “Zəfər deyil, səfərbərlik zamanıdır”.
“Qalatasaray”ımızın 26 mart, bazar günü saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) “Qarabağ” futbol komandası ilə Azərbaycanda oynayacağı və bütün gəlirlərinin zəlzələdə zərər çəkmiş vətəndaşlarımıza bağışlanacağı qardaşların qarşılaşması üçün son 2 gün”, – paylaşımda əlavə olunub.
“Qarabağ”la “Qalatasaray” arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq.
Bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.