Sabunçu Tibb Mərkəzinə yeni direktor təyin edilib. Bu barədə Qafqazinfo 25 mart tarixində xəbər verib.

Bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, Mərkəzin direktoru vəzifəsinin icrası Cahangir Həsənova həvalə edilib.

O, bu təyinata qədər həmin tibb müəssisəsində direktor müavini olub.

Sabunçu Tibb Mərkəzinin sabiq direktoru, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalov bir neçə gün öncə vəzifəsindən azad edilmiş, 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının direktoru təyin olunmuşdu.