Bu gün, 27 mart tarixində paytaxtın Səbail, Xətai, Nizami, Nərimanov rayonları ərazisində atmosfer havasının keyfiyyət göstəricisi açıqlanıb. Bu haqda Bakuplus.az məlumat verir.
Gün ərzində Bakı şəhəri üzrə havanın keyfiyyət göstəricilərində dəm qazının miqdarı normadan 1,7 dəfə yüksək olub.
Dəm qazı və azot-4 oksidi miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.