Bakının Koroğlu Rəhimov küçəsində, Odlar Yurdu Universitetinin yaxınlığında icazəsiz tikilən yerüstü piyada keçidi sökülür. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az məlumat verir.

Verilən məlumata əsasən, Şəhərsalma və Arxitektura Komitəsi keçidin sökülərək ərazinin əvvəlki vəziyyətə qaytarılması üçün aidiyyəti orqanlara müraciət edib.

Qeyd edilir ki, həmin ərazidə eynisəviyyəli tənzimlənən keçid, yəni “zebra” var, əlavə keçidə ehtiyac yoxdur.

Daha öncə həmin keçidlə bağlı urbanist Anar Əliyev reportaj çəkib, məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Koroğlu Rəhimov küçəsində qeyri-qanuni tikilən keçid sökülür
Foto Bakuplus.az