Paytaxtın Nəsimi rayonunda kafe sahibinin azyaşlı uşağı oğurlanaraq pul tələb olunub. Bu haqda bu gün, 27 mart arixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev kafeyə basqın edərək sahibkarın başından dəmir parçası ilə vurublar. Daha sonra quldurlar onun azyaşlı uşağını qaçıraraq zirzəmidə stula bağlayıb və bıçaqla hədələyərək sahibkardan pul tələb ediblər. Onlar 200.000 AZN tələb etmələrinə baxmayaraq, 20.000 AZN-ə razılaşıblar.

Həmin şəxslər saxlanılıblar və barələrində araşdırma aparılır.