Bakının Nəsimi rayonunda piyada səkilərində əsaslı təmir işləri aparılıb. Bu haqda rayon İcra Hakimiyyətinin (RİH) mətbuat xidməti məlumat yayıb.

Rayon ərazisində – Azadlıq prospekti boyunca, Dilarə Əliyeva, Süleyman Rüstəm, Bakıxanov küçələrində, eyni zamanda Vaqif prospektində yararsız hala düşmüş piyada səkiləri təmir edilib.

Piyada səkiləri tamet və qranit daşlarla örtülərək yenilənib.

Nəsimi rayonunda səkilər təmir olunub
Nəsimi rayonunda səkilər təmir olunub
Nəsimi rayonunda səkilər təmir olunub
Nəsimi rayonunda səkilər təmir olunub Nəsimi rayonunda səkilər təmir olunub Nəsimi rayonunda səkilər təmir olunub