Paytaxtın Pirallahı rayonunda 4 avtobusun hərəkət sxemi dəyişəcək. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Dübəndi-Zirə və Zirə-Gürgan mənzillərində yerləşən qorunmayan dəmiryol keçidlərində aparılacaq təmir işləri il əlaqədar 150, 152, 180 və 187 nömrəli avtobusların bu ərazilərdən keçidi müvəqqəti dayandırılır. Nəqliyyat vasitələri alternativ yollardan istifadə edəcəklər.
Dəyişiklik 29-31 mart tarixləri arası qüvvədə olacaq.